Slimfit
  1. İQTİSADİYYAT

“Silk Vey Holdinq”in və törəməsinin nizamnamə kapitalı kəskin azaldılıb

“Silk Vey Holdinq”in və törəməsinin nizamnamə kapitalı kəskin azaldılıb
Sakura

“Silk Vey Holdinq”in və törəməsinin nizamnamə kapitalı kəskin azaldılıb

İlk xəbər saat 10:27-də verilib

“Silk Vey Holdinq” MMC-nin nizamnamə kapitalı 40 550 290 manat və yaxud 8,3 dəfə azaldılıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, qurumun kapitalı 46 101 490 manatdan 5 551 200 manata endirilib.

Xatırladaq ki, “Silk Vey Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq əsasən aviasiya sahəsində fəaliyyət göstərir. 

***

Bundan başqa, “Silk Vey Holdinq”ə daxil olan “Silk Way Aviaşirkəti” MMC-nin də nizamnamə kapitalı 64 999 781 manat və yaxud təxminən 3 dəfə azaldılıb. Aviaşirkətin kapitalı 97 027 781 manatdan 32 028 000 manata endirilib.

Xatırladaq ki, “Silk Way Aviaşirkəti” 2001-ci ildə yaradılıb. Aviaşirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR