Slimfit
  1. AZƏRBAYCAN

Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
Sakura

Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi ilə bağlı rəhbər heyətlə müşavirə keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, KQHO planına əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Müşavirə zamanı əsas, ehtiyat və qoşunların komanda məntəqələri ilə birbaşa videobağlantı qurulub, PUA və digər texniki vasitələrin istifadəsi ilə şərti düşmənin müdafiəsinin ön xəttində və dərinliyindəki mövqelər və real şərait izlənilib.

General-polkovnik N.Sadıkov təlimlərin gedişi, həmçinin əməliyyat, kəşfiyyat, aviasiya, raket-artilleriya imkanları ilə bağlı məruzələri dinləyib və müvafiq tapşırıqlar verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR