Slimfit
  1. HƏRB

Silah daşıyanın islah yolu – Xankəndinin dolama yolları kəsilir

Silah daşıyanın islah yolu – Xankəndinin dolama yolları kəsilir
Sakura

Silah daşıyanın islah yolu – Xankəndinin dolama yolları kəsilir

İndi Avropa ölkələri, Rusiya və Ermənistan Qarabağda hərbi-siyasi vəziyyətin yenidən gərginləşməsindən bəhs edir.

Əslində isə 2020-ci ilin 10 noyabrında Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin birlikdə imzaladığı üçtərəfli bəyanatla elan edilən atəşkəsdən bu günə qədər bir gün də olsun bölgədə gərginlik azalmamışdı.

Müharibə vəziyyəti davam edirdi, ermənilər öz düşmənçiliklərindən əl çəkməmişdilər, Azərbaycan ordusu da silahını yanına salıb arxayınlaşmamışdı.

Ens.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı və İrəvan arasında gedən sülh danışıqları da eyni gərginlikdə sürüb gedirdi. Bu, heç sülh danışıqları da deyildi. Ermənistan yola gəlmir, bu şərtlər daxilində sülh sazişi bağlamaqdan yayınır, vaxt udmaq, silahlanmağı davam etdirmək istəyirdi.

Erməni siyasətçilər, eləcə də ictimaiyyətin müharibədə itki verməyən və verməyəcək kəsiminin revanş tələbləri gün keçdikcə şiddətlənirdi. Bu isterika yalnız o vaxt bir az səngiyirdi ki, ordumuz hansısa bir əks-əməliyyat keçirir, erməni ordusu daha bir zərbə alırdı.

Ermənistan rəhbərliyinin həm Azərbaycanla, həm Rusiya ilə, həm də Avropayla oynaması o qədər bariz idi ki, hamını bezdirirdi. Paşinyan hələ də İrəvanda bir söz deyir, Brüsseldə başqa vəd verir, Moskvada ayrı dil danışır.

Bölgədə strateji və hərbi üstünlük əldə etmiş Azərbaycan səbrlə, təmkinlə münaqişənin çözümünü danışıqlar masasına arxasına keçirməyə çalışsa da, ermənilər bizimlə haqq-hesabı Laçının, Şuşanın dərələrində, meşələrində çürütmək niyyətlərini zaman-zaman büruzə verirdilər.

Onların yanıldıqları əsas məqam o idi ki, Azərbaycan tərəfi Şuşanı azad etməklə heç də işini bitmiş saymırdı. Buradan beləsi sakitliklə davam etməliydi.

Ermənilər 44 günlük müharibədə məğlubiyyətlərini etiraf etdikdən və darmadağın olunmaq təhlükəsindən xilas olmaq üçün tez-tələsik kapitulyasiya aktı imzaladıqdan sonra Ağdamı, Kəlbəcəri, Laçının böyük hissəsini döyüşsüz tərk etdikləri kimi, Qarabağın dağlıq hissəsindəki digər rayonlarda da Azərbaycanın yurisdiksiyasının bərpasına sakitcə razılaşmalıydılar.

Ancaq onlar özlərini elə aparırdılar ki, sanki 44 günlük müharibə onların 1988-ci ildəki mövqelərinə qayıtmasıyla başa çatıb və qondarma “DQR” öz “müstəqilliyi”ni qoruyub saxlayıb və daha ona heç bir təhlükə yoxdur.

Bu, ermənilərin özlərinə verdikləri təsəlli, xarici olkələrə mesajlarıydı. Rəsmi Bakı isə elə düşünmürdü və düşünmür. Bu hərbi əməliyyatların son dayanacağı Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə bitməlidir. Düşüncə, niyyət, plan budur. Əks təqdirdə bu qədər eskalasiyaya, gərginliyə ehtiyac olmazdı.

Fəqət Qarabağdakı erməni separatçılar da, onların Ermənistandakı, Fransadakı, Niderlanddakı, başqa ölkələrdəki havadarları da heç cür anlamaq istəmirlər ki, indən belə Qarabağda yaşayan ermənilərə nəinki müstəqillik, heç muxtariyyat statusu da verilməyəcək. Onlar bu hüququ 1988-ci ildə qiyama qalxaraq, 1992-2020-ci illərdə arasında abad bir mahalı darmadağın edib xaraba qoyaraq, itiriblər.

İndi onlar Azərbaycan vətəndaşı olmağa məcburdurlar. Başqa əlverişli yolları yoxdur. Alternativ yollar bağlıdır. Azərbaycan onların nazıyla sona qədər oynamaq, hələ öz ərazisindən onlara enli dəhliz vermək, yenidən silahlanmalarına, güclənmələrinə imkan vermək fikrində deyil.

Yəqin ki, ermənilər araya saldıqları qan düşmənçiliyinin, xalqımıza qarşı törətdikləri böyük cinayətlərin məsuliyyətinin qorxusundan bundan sonra birlikdə yaşamağın mümkün olmayacağı qənaətinə gəliblər. Ola bilər, heç bir cinayət törətməyən dinc ermənilər də xalqımıza yaşadılan böyük faciənin bağışlanmaz olduğunu dərk edir, bu cinayətlərə görə məsuliyyət payı daşıdıqlarını düşünürlər.

Bir çox dövlətlərin haray-həşirləri isə özləri üçündür. Onların hamısı yaxşı anlayır ki, Qarabağın aran hissəsi kimi, dağlıq hissəsi də Azərbaycana məxsusdur və dövlət bu ərazilərdə öz hakimiyyətini bərqərar edərkən yerdən-göyə qədər haqlıdır və bu, heç bir halda mübahisə predmeti ola bilməz.

Əgər biz bu məsələdə bir müddəalıq haqsız olsaydıq, bu uzun illər ərzində ermənilərin güclü havadarlarının basqısı qarşısında dayana bilməzdik. Son 30 ildə Qarabağın de-yure əlimizdən çıxmamasının yeganə səbəbi bizim haqlı olmağımız idi. Haqlıydıq, amma zəif idik. İndi həm güclüyük, həm də haqlıyıq. Ermənilərin haqsız, amma güclü olduqları dövr 3 il öncədə qalıb.

Onlar indiyə qədər siyasəti bizdən daha yaxşı bildiklərini zənn edir, hiyləgər olmaqları öyünürdülər. Axırda məlum oldu ki, bildikləri bir şey yoxmuş, eləcə qaya gölgəsinə qısılaraq özlərini böyük görürmüşlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR