Dərc edildi: Baxış sayı: 789
Şifrələrini necə qorumalısan? – İpucu vermə və ...
Bəzən etibarımızı bildirmək üçün və ya “Mənim gizli heç nəyim yoxdur” deyib şifrəmizi kiməsə söyləyirik. Bu qətiyyən yolverilməzdir. Bundan başqa şifrələr mail yazışmaları, çat yazışmaları və digər kommunikasiya vasitələri ilə ötürülməməlidir.
- Şifrə barədə heç kimə məlumat verilməməlidir.
- Şifrə formatı barədə heç kimə ipucu verilməməlidir (məsələn, “mənim soyadım”)
- Sorğular və ya təhlükəsizlik yoxlamalarında şifrələr daxil edilməməlidir.
- Kimsə şifrə tələb edərsə, şəxs bu tələbi yerinə yetirməməlidir.
- “Məni yadda saxla”, ”Şifrəmi xatırla” və s. kimi funksionallıqlardan istifadə etmək məsləhət görülmür.
Mənbə: Ted.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət