Dərc edildi: Baxış sayı: 510
"Siemens" İraqla tarixində ən böyük müqavilələrindən birini bağlaya bilər
Almaniyanın "Siemens" texnologiya konserni şirkət tarixinin ən böyük müqavilələrindən birinin imzalanması istiqamətində addım atıb. Şirkət rəhbəri Co Kezer və İraq hökumətinin nümayəndələri bazar günü ölkənin enerji sisteminin bərpa olunması üzrə niyyət barədə sənəd imzalayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti yazıb.
"Siemens"in saziş çərçivəsində ölkənin elektrikləşdirilməsində iştirak edəcəyi gözlənilir.
Sövdələşmənin dəyəri 13 milyard avrodan çox qiymətləndirilir.
Bundan əvvəl Almaniya kansleri Angela Merkelin İraq tərəfi ilə şəxsən belə bir sövdələşmə barədə razılıq əldə etdiyi bildirilirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət