Slimfit
  1. DÜNYA

Siçanlarla yemək yeyib, onlara sitayiş edən qəribə insanlar…

Siçanlarla yemək yeyib, onlara sitayiş edən qəribə insanlar…
Sakura

Siçanlarla yemək yeyib, onlara sitayiş edən qəribə insanlar…

Hindistanın Bikaner adlı bu qəsəbəsi tayı-bərabəri olmayan bir məkandır. Çünki burada siçanlarla insanlar bir yerdə yaşayırlar. Qəsəbədə yerləşən Karni Mata məbədində 20 mindən çox siçan yaşayır.

Hindistana səfər edən türkiyəli səyyah Umut Çor ağlasığmaz mənzərələrin şahidi olub. Onun dediklərinə görə, bu məbədə hər gün yüzlərlə insan gəlir, siçanlara yemək verir. Səyyah orada siçanlarla birlikdə eyni qabdan yemək yeyən insanları belə, görüdüyünü deyir.

Bu qəsəbədə yaşayan bir qrup hindli bu siçanlara sitayiş edir.

“Bir Ümid Dünya” sosial media hesabı açan səyyah Umut Çor dünyanın dörd bir yanını gəzərək görüntüləri izləyiciləri ilə paylaşır. 25 minə yaxın izləyicisi olan səyyah gördüyü işdən zövq aldığını və çox xoşbəxt olduğunu deyir.

O, Hindistandakı bu məbəd haqqında təəssüratlarını da paylaşıb: “Buranı görmək üçün çox həyəcanlı idim. Burada tam olaraq nə ilə qarşılaşacağımı bilmirdim. İçəri girdiyimdə hər yerdə siçanlar gördüm, dəhşətə gəlmişdim. Ayaqqabı ilə içəri girməyə icazə vermirdilər. Siçanlara zərər gəlməsin deyə məbədin üzərini bağlayıblar. İçəridə addım atmağa icazə verilmir. Ayaqlarımızı sürüyə-sürüyə hərəkət edirdik. Çünki burada bir siçanı öldürməyin cəzası məbədə qızıl, ya da gümüş bir siçan heykəli hədiyyə etməkdir. Dünya turunda o qədər ilginc adət-ənənələr və isanlarla tanış oldum ki, həqiqətən də dünyamızın gözəl, böyük və maraqlı olduğu qənaətinə gəldim. Ölmüş qohumları ilə yaşayan insanlar, hər yaxın bir adamı öldüyündə bir barmağını kəsən qadınlar və s. bu kimi qəribə hadisələrə şahidlik etmişəm. Hətta kola ilə ayinlər təşkil edib, dini mərasimlər keçirən meksikalı qəbiləni belə, gördüm.

Turan Oruc

15 AYDIR YOLLARDA

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR