Dərc edildi: Baxış sayı: 1379
Siçan ilində dəbdə hansı yeniliklər gözlənilir?
Dəblə maraqlanan xanımlar gələn il modada hansı dəyişikliklərin baş verəcəyini intizarla gözləyirlər. Dəb astroloqu Vera Xubelaşvili 2020-ci ildə döymələrə tələbatın artacağını bildirir.
Onun sözlərinə görə, buna Siçan ilinin simvolu olan “astroloji metal və su” təsir göstərəcək:
“Gələn il moda aləmində dəyişikliklər qaçılmazdır. Çin təqviminə görə, yeni fürsətlərin, ənənələr və istiqamətlərin ortaya çıxması ilə əlaqədar 12 illik bir dövr başlayacaq. 2020-ci ildə mini deyil, uzun ətəklər dəbdə olacaq. Eyni zamanda, ilin simvolu bizi daha gözəl, lakin mühafizəkar ənənələrə aparacaq. Moda xüsusiyyətlərində bizi “tanış”, ancaq eyni zamanda əvvəl heç vaxt görmədiyimiz yeniliklər gözləyir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət