Slimfit
  1. İDMAN

"ShamkirChess 2019": Teymur Rəcəbov ardıcıl üçüncü dəfə heç-heçə edib

"ShamkirChess 2019": Teymur Rəcəbov ardıcıl üçüncü dəfə heç-heçə edib
Sakura

"ShamkirChess 2019": Teymur Rəcəbov ardıcıl üçüncü dəfə heç-heçə edib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində növbəti görüşünü başa vurub.

"Report"un məlumatına görə, 32 yaşlı qrossmeyster III turda Çin təmsilçisi Dinq Lirenlə üz-üzə gəlib. O, əvvəlki turlarda olduğu kimi bu görüşünü də heç-heçə ilə yekunlaşdırıb. 3 turdan sonra Rəcəbovun 1,5, Dinq Lirenin isə 2 xalı var.

Hazırda Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan), David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç), Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) və Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir.

Qeyd edək ki, turnirə aprelin 9-da yekun vurulacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR