Slimfit
  1. İDMAN

“Shamkir Chess 2019”a rəsmən start verildi

“Shamkir Chess 2019”a rəsmən start verildi
Sakura

“Shamkir Chess 2019”a rəsmən start verildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019”un ilk turuna rəsmən start verilib.

Oxu.Az-ın Şəmkirə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, əvvəlcə Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov 31 Mart – Azərbaycanlıların Soyqırım Günü münasibəti ilə şahmatçıları və zala toplaşmış tamaşaçıları bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Sükutdan sonra Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov ilk gedişi etmək üçün dəvət edilib. O, norveçli dünya çempionu Maqnus Karlsenlə Teymur Rəcəbovun gedişatında ağ fiqurlarla oynayan azərbaycanlı şahmatçının adından ilk gedişi atıb. Bu gediş E4 olub.

Bundan sonra yarışa rəsmi olaraq start verilib.

Qeyd edək ki, ilk turda Teymur Rəcəbov – Maqnus Karlsen cütündən başqa, Aniş Qiri (Niderland) – Veselin Topalov(Bolqarıstan), Vişvanatan Anand (Hindistan) – David Navara (Çexiya), Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin) və Aleksandr Qrişuk (Rusiya) – Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) cütləri arasında görüş keçirilir.

Səbuhi MUSAYEV

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR