Slimfit
  1. İDMAN

"Shamkir Chess 2019": Yeddinci turun oyunları keçirilir

"Shamkir Chess 2019": Yeddinci turun oyunları keçirilir
Sakura

"Shamkir Chess 2019": Yeddinci turun oyunları keçirilir

Bu gün Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları başlayıb.

"Report" xəbər verir ki, növbəti oyunlarda azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla mübarizə aparır.

 

VII tu

7 aprel

David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)

Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya)

Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya)

Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin)

Altı turun nəticəsinə görə, Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR