Slimfit
  1. İDMAN

Sezar Meza Kolli: “Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəf olardı”

Sezar Meza Kolli: “Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəf olardı”
Sakura

Sezar Meza Kolli: “Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəf olardı”

“Çətin oyun oldu. Matça hazırlaşmaq üçün bir həftə ərzində yaxşı məşq etdik. Bu gün isə bacardığımızı ortaya qoyduq”.

Report”un məlumatına görə, bunu “Keşlə”nin futbolçusu Sezar Meza Kolli evdə “Zirə”yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.

Paraqvay əsilli italiyalı yarımmüdafiəçi bildirib ki, özləri üçün rəqibin hansı formada olması maraqlı olmayıb: “Biz öz oyunumuza diqqət edirik”.

29 yaşlı oyunçu Azərbaycan millisindən aldığı dəvətlə bağlı da danışıb: “Hələlik heç nə baş verməyib, Azərbaycana məxsus şəxsiyyət vəsiqəsini almamışam. Hazırda “Keşlə”nin uğurları üçün çalışıram. Uzun müddətdir Azərbaycandayam, burada özümü çox yaxşı hiss edirəm və çox xoşbəxtəm. Azərbaycan millisinin formasını geyinmək mənim üçün şərəf olardı. Məsələ ilə yalnız AFFA məlumatlıdır, özüm heç nə bilmirəm. Necə olacağına baxacağıq”.

Sezar Meza Kolli Azərbaycan millisinə kömək etmək üçün əlindən gələnin ən yaxşısını edəcəyinə söz verib: “Oynayıb-oynamayacağıma yığmanın yeni baş məşqçisi qərar verəcək. O, komandada məni də görmək istəsə, əlimdən gələni edəcəyəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR