Dərc edildi: Baxış sayı: 800
Şeyx: “Zəfəri gələcək nəsillərə ötürmək borcumuzdur”
“Biz yumruq kimi birləşərək erməni faşizminə qalib gələ bildik. Bu, dövlət birliyidir”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.
“Din xadimləri içərisində şəhidlərimiz, qazilərimiz də var. Bizim dindarlarımız 44 günlük Vətən müharibəsi dövründə cəmiyyətdən ayrılmadılar, hətta ön sıralarda getdilər. Bütün çətinliklərə rəğmən biz Zəfər qazandıq və zəfəri gələcək nəsillərə ötürmək bizim borcumuzdur”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət