Slimfit
  1. CƏMİYYƏT

Seysmoloji Xidmət Mərkəzi koronavirusa görə fəaliyyətini dayandırıb?

Seysmoloji Xidmət Mərkəzi koronavirusa görə fəaliyyətini dayandırıb?
Sakura

Seysmoloji Xidmət Mərkəzi koronavirusa görə fəaliyyətini dayandırıb?

"Dövlətin zəruri və təxirəsalınmaz olan sahələri, eləcə də seysmoloqların bir qrupu baş verə biləcək istisna olmayan hallarla bağlı iş başındadır".

"Report” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

"Online rejim"də seysmik stansiyalarımız işləyir. Tanrı xalqımızı hər cür bəladan, təhlükədən qorusun", deyə V.Rafiqqızı bildirib.

Qeyd edək ki, bir neçə gün öncə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin imzaladığı sərəncamla bu qurumun əməkdaşları əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Belə ki, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib.

AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR