Dərc edildi: Baxış sayı: 447
Seyran Ohanyan 2 milyon dollarlıq mənimsəmədə ittiham olunur
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
APA TASS-a istinadən xəbər verir ki, Ermənistanın Xüsusi İstintaq Xidməti eks-nazirə qarşı bu ittihamı irəli sürüb. Onun barəsində olduğu yeri tərk etməmək barədə imkan tədbiri seçilib.
Qeyd olunub ki, o, nazir olduğu 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən saxtakarlığa yol verib. Bu yolla 3.6 milyard dram (təxminən 2 milyon dollar) mənimsəyib. Belə ki, həqiqi dəyəri 4 646 400 000 dram olan QSC 1.046.400.000 drama özəlləşdirilib və dövlətə külli miqdarda ziyan vurulub.
Qeyd edək ki, Ohanyan 2008-2016-cı illərdə nazir olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət