Seyidov AŞPA-da iki erməninin cavabını belə verdi
Bu gün burada iki erməni nümayəndəsi öz fikirlərini bildirdilər. Halbuki onların söylədiklərinin məruzə ilə bağlı heç bir əlaqəsi yoxdur. Digər tərəfdən Zöhrabyanın məruzəni bir kənara qoyub, bizə qarşı nifrət dolu çıxış etməsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü standartlarına ziddir. O, bizə nifrət edir. Nifrət AŞPA dəyərlərinə ziddir.
Axar.az xəbər verir ki, bu fikirləri AŞPA-nın payız sessiyasında Büro və Daimi Komitənin hesabatının müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov erməni deputatın çıxışından sonra söyləyib.
“Hamı bilir ki, Azərbaycan insan haqları məsələsi üzrə Avropa Şurası ilə əməkdaşlıq edir. Bu istiqamətdə xeyli müsbət addımlar atılıbdır”, - deyə S. Seyidov diqqətə çatdırıb.
Bildirib ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskie də daxil olmaqla, qurumun 3 nümayəndəsi bu yaxınlarda Azərbaycana səfər edib və müsbət fikirlərlə geri qayıdıblar. Onların hər üçü Azərbaycanın insan hüquqlarının təmin edilməsi istiqamətində atdığı addımları alqışlayıblar.
“Vurğulamaq istərdim ki, Azərbaycan tezliklə uşaq hüquqlarının pozulmasına qarşı konvensiyanı ratifikasiya edəcəkdir. İnsan hüquqlarına dair İstanbul Konvensiyasını isə imzalamaq ərəfəsindədir. Sevindirici haldır ki, Azərbaycanın atdığı bütün bu konstruktiv addımlar Avropa Şurasında yüksək qiymətləndirilir”, - deyə S.Seyidov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət