Slimfit
  1. TARİX

Seyid Yəhya Şirvani (Bakuvi) haqqında 100 il öncə yazılmış məqalə.

Seyid Yəhya Şirvani (Bakuvi) haqqında 100 il öncə yazılmış məqalə.
Sakura

Seyid Yəhya Şirvani (Bakuvi) haqqında 100 il öncə yazılmış məqalə.

Azərbaycanın mənəviyyat öndərlərində biri Seyid Yəhya Bakuvidir.  Seyid Yəhya Bakuvi tanınmış filosof alim və şairlərindən biri, Xəlvətilik təriqətinin ikinci qurucusu  eyni zamanda xəlvətiliyin virdi olan Virdü-Səttarın müəllifidir. Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulmuşdur. Onun atası yeddinci imam Musa Kazımın soyundandır. Şerlərində Seyid təxəllüsü istifadə etmiş, əsərlərinin sonunda adını Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. Babaları nəqiblər sülaləsindən olmuşdur. Atası Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi   Şeyx Sədrəddindən təriqət dərsi almışdır. Sonra gənc yaşlarında Bakıya köçmüşdür Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açmışdır. S.Yəhyanın Kəşfül-Qülub əsərini Şirvanşaha ithaf etməsidir. S.Yəhya 1462 ci ildə Bakıda vəfat etmişdir.

Məhəmməd Əli Ayni, keçən əsrdə yaşamış, məşhur Türk mütəfəkkirlərindəndir. 1869 ildə Manastır’ın Sərfiçə qəsəbəsində doğulmuşdur.. Səkkiz yaşında olanda ailəsi ilə birliktə İstanbul’a köçmüşdür. Daru’l-Fünun İlahiyat fakültəsində Təsavvuf, Hərbiyədə Əxlaq və siyasi tarix dərsləri üzrə təhsil demişdir. Türkiyə’yi təmsilən beynalxalq fəlsəfə kongrelərinə və türk tarix tezi çalışmalarına qatıldı.. 29 Noyabr 1945 te vəfat etti.

Məhəmməd Əli Ayni, Şuralar Hükümətinin Maarif sahəsindəki İslahatlar ilə əlaqəli dəvəti üzərinə,1921’də Bakıya gəlmişdir. Bakıda bulunduğu vaxtlarda etdiyi  elmi və fəsəfi söhbətlər və görüşmələrdə, Seyyid Yahya Bakuvi’nin qəbrini də ziyarət etmiştir. Bu vəsilə ilə, Bakıdakı elmi mühit içərisində Seyyid Yahya’nın haqqıyla tanınmadığını görüncə, buna hem heyrət etmiş həm də kədərlənmişdir. Bunun üçün düzənlədiği konferans və toplantılarla S.Yahya və Naxçıvanlı Baba Nemətullah haqqında iştirakçılara məlumat vermiş, Azərbaycanda necə dəyərli, mərifət sahibi bir vəlinin mədfun olduğunu anlatmışdır. Bu konferansın bir bölümü daha sonra 1923 ildə Bakıda yayımlanan “Maarif və mədəniyət” məcmuasının 6. Sayısında nəşr edilmiştir.

Məqalə uzun olduğundan bir parçasını verməli olduq. 

SEYYİD YAHYA ŞİRVANİ

Azərbaycan’ın yetiştirmiş olduğu büyük zatların əserlərini ihya için son günlərdə Azərbaycan Şuralar hükümətinin göstərməktə olduğu arzu və himmət bütün maarif muhitlerini medyun-u Şükran edəcək bir təşəbbüstür. Bu məşkur məsaiyə hərkəsin əlindən gəldiği qədər muavənət və iştirak etməsini borç bildiğimdən böyle bir hizmətə bən də kəmali məserrətlə qoşmaq istədim Əsasən İstanbul Darü’l-Fünununda beş sənə qədər Tarix-i Fəlsəfə ilə Fəlsəfe-i İslamiyyə oxutmuştum. Tədrisatım əsnasında Azərbaycanlı iki büyük zatın əsərləri pək ziyadə nazar-ı diqqətimi cəlb etmişti ki bunların biri Şamaxılı Seyyid Yahya və diğəri Naxçıvanlı Baba Nemetullah idi. İştə sizə bugün bu iki zattan bahsetmək istiyorum. Bunlardan Baba Nemətullah’ın pək maruf və məqbul bir təfsiri vardır. Bu təfsirə əhli indində o qədər müstəsna bir kıymət verən səbəp Nimətullah’ın sələfdən geçən müfəssirlərdən məsələ allamə Zəmahşəri, Faxri Razi, Qadı Beyzəvi gibi zatların təfsirlərinə müraciət etməmiş və o kitabı öz vicdanından mülhəm olaraq yazmış bulunmasıdır. Osmanlı ədiplərindən Giridli Əhməd Muhtar efəndi ilə yaranı aralarında pul toplayaraq tə’vil tərzində olan o təfsiri İstanbul’da tab ettirmişlərdi. Nemətullah’ın İstanbul’da Nur-u Osmaniyə kütüphanəsində ararkən bir risaləsi elimə geçti. Felsəfənin (ontoloji) yəni vücudun mahiyət və ətvarına dair olun bu qiyməttar kitabı gərək mülahazalarının qiymət və rasanəti və gərək üslubunun axıcılıq və sağlamlığı etibariylə qərbin buna dənk ən mötəbər fəlsəfə kitaplarına tərcih etməktə tərəddüt etməm. Nemətullah; Anadolu’da Konya vilayetine bağlı Akşəhir Kazasında mədfundur.
Seyyid Yahya’ya gəlincə onun nə qədər ali bir rütbəyə malik olduğunu şimdi verəcəğim izahat göstərəcəktir.
Bakı’da mədfun olan bu zat 850 səne-i hicrisində Şamaxı’da doğulmuştur.
Babası Seyyid Bahaəddin’dir. Seyyid Yahya’nın daha küçük yaşta ikən alnında parlayan zəkavət nuru hərkəsin gözünə çarptığından zamanının ən büyük alimlerinden Sədrəddin onu yanına alıp təlim və tərbiyə etmiş və bilaharə kəndisinin damadı olmuşdur. Yahya mürəbbisinin vəfatından sonra Şamaxı’yı bıraqıp Baku’yə gəlmişti.

O vaqit Baku hökümdarı Xəlil Bəy idi. Xəlil Bəy Seyyid-i Muhtərəmə layıq və müstahaq olduğu hörməti göstərməktə qüsur etmemiş və Seyyid’in Kəmalatı və şöhrəti qısa sürədə bütün İslam məmlekətlərinə yayılmıştı. Bunun üzerinə Pərvanələrin nura qoşması qabilindən hər yerdən və bilxassa Anadolu’nun içərlərindən bir çox həqiqət və marifət aşiq və müştaqları Bakıya qoşmuşlardı. Bunların içində bazıları Seyyid Yahya’dan pək böyük istifadələr etmişlər və mənən yüksək maqamlara ərmişlərdir.
Ərzincanlı Pir Məhəmməd Bahaəddin ilə İzmir vilayətində Kain Tirəli Ömər dədə iştə o zümrəyə daxil olanlardandır. Bu gün Osmanlı Türkləri arasında müntəşir olan “Şabaniyyə, Sünbül Sinaniyyə, Ramazaniyyə, Cərrahiyyə, Şəmsiyyə, Əhmədiyyə, Mısriyyə, Uşşaqiyyə təriqətləri həp də pir Muhamməd Bahaəddin vasıtəsıylə və Məşhur Güşəniyyə təriqi də Ömər dədə vasıtəsıylə Seyyid Yahya’ya bağlanmıştır. Çünkü Seyyid Yahya’ya yetişəməyənlərin bəzilərı Ərzincan’a yerleşmiş olan Bahaəddin’in hizmətinə və diğər bazıları Ömər Dədə’nin nəzdinə gəlip dərs almışlardı. Bu Ömər Dədə’yi, Seyyid Yahya; Qarabağ, Gəncə və Təbriz
cəhətlərinə göndermişti. Bilaxərə (Ruşəni) laqəbını alan Ömər Dədə’nin Türk ədəbiyyatında dəhi məvkisi yüksəktir. Zira:


Çün doğup tuttu cihan yüzünü hüsnün günəşi
Kim ola sevməyə bu vecihlə sən mah-vəşi
Türk, Kürt ve acəm və Hint bilirlər ki səni
Haşimisin Arabisin Mədənisin Qureşi.
Beyitləriylə başlayan məşhur natı söyləmiştir….

M. Ə. Ayni – Seyid Yəhya Şirvani//Maarif və Mədəniyyət məcmuəsi, N6, Bakı, 1923

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR