Slimfit
  1. ƏDƏBİYYAT

Seyid Əzim Şirvani - Səfeh qazı

Seyid Əzim Şirvani - Səfeh qazı
Sakura

Seyid Əzim Şirvani - Səfeh qazı

Vardı bir qaziyi-bülənd-cənab, 
Əzqəza bir gecə oxurdu kitab. 
Gördü qazı yazıbdılar hikmət- 
Kim, ola kimsədə bu iki sifət: 
Başı kiçik ola, uzun pişi, 
Olur əhməq zəmanədə o kişi. 
Dedi, ey vay kim, bu isi sifət 
Tapılır məndə, bəs zəhi xiclət! 
O gecə pərt oldu əhvali, 
Sübh şagirdin eylədi hali. 
Dedi şagird: - Ey imami-mübin, 
Olma bu fikirdən əbəs qəmgin. 
Lilləhüd-həmd kim, kəmalın var, 
Gözəl adabü yaxşı halın var. 
Bu deyil şərü fiqh məsələsi, 
Gəlib əhli-qiyafənin həvəsi, 
Çox yazıblar, bu növ əhvalat, 
Etibarı nədir onun, heyhat! 
Dəfeyi-sani, ol rəfi-cənab 
Oxuyurdu gecə evində kitab. 
Yenə ol sərgüzəştə oldu düçar. 
Dedi kim, xeyr, məndə var asar. 
Etdi şagird vəsfimi zahir, 
Mənə verdi təsəlliyi-xati. 
Məndə əhməqliyin əlaməti var, 
Bəs gərək çarəsin tapam naçar. 
Başa əmmaəni böyük qoyaram, 
Olu başım böyük, tutar aram. 
Kəsərəm nisfini çü saqqalın, 
Rəf olur qüssəsi bu əhvalın. 
Olmasam mən əgər uzunsaqqal, 
Mənə əhməq deməzlər əhli-kəmal. 
Bir vəcəb tutdu kişin ol murtaz, 
Axtarıb evdə tapmadı miqraz. 
Tutdu rişin çirağa, odlandı, 
Yandı saqqalı, həm əli yandı. 
Qoydu əldən təmam saqqalı 
Sərbəsər yandı həm rühi-alı 
Həmi yandırdı saqqalın, həm üzün, 
Alov az qaldı kim, çıxarda gözün. 
Yerbəyerdən üzü tuluqlandı, 
Özünün axmaq olduğun qandı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR