Dərc edildi: Baxış sayı: 692
Seyid Əzim Şirvani - Öyüd (Ey oğul, büxldən sən eylə həzər)
Ey oğul, büxldən sən eylə həzər –
Ki, bəxilin yeri cəhənizmdir.
Gər həlak olsa cümleyi-aləm,
Yenə söylər bəxil kim, kəmdir.
İstəməz bir kəsi ola xoşbəxt,
Öləcək görsə kimsə xürrəmdir.
Şəbpərə1 afitabədir düşmən –
Ki, ziyasıyla halı dərhəmdir.
Seyyida, şəbpərə1 xisal olma –
Ki, bu ətvar mərgi-əzəmdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət