Seyid Əzim Şirvani - Oğluma xitab (Ey oğul, alim olsa rəbbani)
Ey oğul, alim olsa rəbbani,
Sən onun ol dərində dərbani.
Mən özüm kim, zəmanə sərvəriyəm,
Üləmanın kəminə çakəriyəm.
Necə kim, vardı fazili-Şirvan,
Ol behinzadeyi-şəhi-dövran,
Mənbəyi-elmü helmü nuri-cəli,
Mədəni-fəzlü bəzmi-Seyyid Əli.
Ələmü əfzəli-qəbaildir,
Məhbiti-cümleyi-fəzaildir.
Yoxdu zatında buyi-rəngü riya,
Qeyrlər ləfzdir, budur məna.
Leyk bir parə mərdi-hiylətgər,
Eylədir dərs üçün İraqə səfər.
Kimisi şəhri-İsfəhanə gedir.
Kimisi Yəsdü Bəhbəhanə gedir,
Kimisi Kərbəlayə azim olur,
Necə şeylər ona mülazim olur.
Oxuyur hər biri beş-altı vərəq,
Sonradan saqqala verir rövnəq.
Zadəhallah İraqdə tüllab
mütəvü siğədən olur sirab.
Hər zaman vaqe olsa üsrü hərəc,
…eyləyir ümidi-fərəc.
Qüvveyi-bahi görməsə ifrat,
bir də gördün atıbdı, həbbi-nişat.
Günüzü siğəni edər əzbər,
Gecələr nazəninə həmbəstər.
“Nəfərə minküm” ayəsin oxuyur,
çoxusun sinədən yalan toxuyur.
Qurtarır puli çün olur məğlub,
Vətən əhlinə göndərir məktub-
Ki, əya sakinani-əhli-vətən,
Çəkmişəm on beş il riyazət mən,
Edirəm kəsbi-elm leylü nəhar,
Gündüzüm dərsdir, gecəm təkrar.
Həndəmim şəb “Üsuli-Kafi”dir,
Sizə ancaq bu elm kafidir.
Şöhrətim gün təki cahanı tutub,
Rüfətim ərzü asimanı tutub.
Elmə əllameyi-zəmanəm mən,
Ələmi-xəlqi-kyn-fəkanəm mən.
Olmuşam elmü fəzldə mümtaz,
“Fəxri-Razi” deyil mənə həmraz.
Elm ilə hər məkanda adım var,
Gözüvüz aydın, ictihadım var.
Gəlməyimdə əgərci var təxir,
Edirəm mən risaləmi təhrir.
Mənə bir qədr pul edin irsal,
Ləşkəri-fəqrə olmuşam pamal.
Gecələr şəmə tapmıram bir pul-
Ki, yazam şərhi-müşkülati-üsul.
Çox gecəm var ki, şamsız yatıram,
Caysız, həm təamsız yatıram.
Bu pəyamı eşitcək əhli-vətən,
Alışıb, od tutub çi mərdü çi zən.
Bir qədər cəmİ eyləyib zərü sim,
Göndərirlər ki, hiç eyləmə bim,
Pul gəlir hər qədər ki, sən qalasan,
Tək sən sahibictihad olasan.
Pul ki, çatdı cənab tüllabə,
Yenə Verdi əzəlki mis qabə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət