Dərc edildi: Baxış sayı: 624
Seyid Əzim Şirvani - Oğluma nəsihət (Cəfər, ey nəməti-xudayi-cahan)
Cəfər, ey nəməti-xudayi-cahan,
Olsa bir şəhs əgər sənə mehman,
Elə ol şəhsə ehtirami-təmam,
Xidmətində dolan bəsani-qulam.
Nə qiza xahiş etsə, övladır,
Demə bu ziştdir, o zibadır...
Ey oğul, olsa süfrədə nanın,
Tikəsin sayma mərdi-mehmanın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət