Dərc edildi: Baxış sayı: 895
Seyid Əzim Şirvani - Məktəbli ilə müəllimin əhvalatı
Bir uşaq incimişdi məktəbdən,
Dedi: - Ey xaliqi-zəminü zəmən,
Bir ölüm ver bizim bu ustadə,
Ta olum məktəbindən azadə.
Bir doyunca gedim gəzim baği,
Həm edim baği seyr, həm daği.
Bu duani eşitdi mollası,
Dedi: - Oğlum, bunun nə mənası?
Mən əgər rehlət etsəm üqbayə,
Qoyar atan bir özgə mollayə.
Atanın mərgini istə, ey nadan,
Qalasan ta yetimü sərgərdan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət