Dərc edildi: Baxış sayı: 790
Seyfixan - İndi
Uzun illər həsrətini çəkdiyim
Soruş indi, dərdim indi, bil indi.
Məni yardan ayn salan seyrəqib
Duam indi, sənam indi, bil indi.
Məcnunsifət səhralan gəzəyim,
Özüm öz dərdimə dəva yazayım,
Bahar olsun buxağma düzəyim
Süsən indi, sünbül indi, gül indi.
Avaz bülənd, göftar ləziz, ləbi bal,
Nazik miyan, ebru kaman, hindi xal,
Bidamağam, bir busə ver, könlüm al,
Həmayil tək sal gərdənə qol indi.
Yanmadım, fələk səni yanma,
Alemi yandırdım ahu-zanma,
Badi-səba, de bivəfa yanma
Seyfixan öldü, insafa gel indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət