Slimfit
  1. AZƏRBAYCAN

Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir?

Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir?
Sakura

Azərbaycanda şəxslərin özəl məlumatlarını, fotolarını paylaşanlara qarşı hansı şəkildə mübarizə aparılır?

Türkiyədə şəxsin icazəsi olmadan onun özəl məlumatlarını və fotosunu sosial şəbəkələrdə yayanlara qarşı qanunlar daha da sərtləşdirilib. Qanuna edilən dəyişiklikdən sonra şəxsin icazəsi olmadan onun haqqında hər hansısa məlumat yayanlar məsuliyyətə cəlb ediləcək. Həmin məlumatı yayan şəxsləri kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, törətdiyi cinayətə görə 1 ildən 1,7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bəs Azərbaycanda şəxslərin özəl məlumatlarını, fotolarını paylaşanlara qarşı hansı şəkildə mübarizə aparılır?

Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində də müvafiq cəza növləri nəzərdə tutulub:

“Hər hansı birinin şəxsi informasiyalarının sosial şəbəkələrdə yayılması iki formada ola bilər. Birincisi, sosial şəbəkələrdə olmayan şəxsin informasiyalarının özündən icazəsiz formada paylaşılması, ikincisi isə şəxsin özünün sosial şəbəkələrdə paylaşdığı məlumatlarının yayılması. Əgər vətəndaş informasiyaları özü sosial şəbəkələrdə yerləşdiribsə, başqa birinin bu informasiyaları paylaşmasının problem olacağını düşünmürəm.

Vətəndaşla bağlı fərdi informasiyalar özündən xəbərsiz, şəbəkədə olmadığı halda hardansa əldə olunub və sosial media resurslarında yayılırsa, əlbəttə, bu, məsuliyyət yaradır. Bu zaman informasiyanı yayan şəxs müvafiq qanunvericiliyə əsasən, cərimələnə və ya həbs oluna bilər”.

Hüquqşünas Səməd Vəkilov isə bildirib ki, Cinayət Məcəlləsində 156-cı maddə şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlıdır:

“Cinayətin predmetini şəxsi və ailə həyatının sirri olan məlumatlar, sənədlər, video və fotolar, səs yazıları təşkil edir. Bu məlumatların yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanması cinayət hesab edilir”.

Hüquqşünas qeyd edib ki, bu cür insanlar məsuliyyətə cəlb edilməklə yanaşı, həm də cərimə olunurlar:

“Bu cinayətə görə yüz manatdan beş yüz manatadək cərimə və ya iki yüz qırx saatadək ictimai işlər, ya da bir ilədək müddətə islah işləri cəzası müəyyənləşib. Eyni əməli vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədərsə, üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək də daxil olmaqla, iki ilədək həbs cəzası ala bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR