Slimfit
  1. SİYASƏT

Şəxsi avtomobili ilə təcili xəstələr üçün tələsən və cərimə olunan həkimlərə DYP güzəşt etsin - TƏKLİF

Şəxsi avtomobili ilə təcili xəstələr üçün tələsən və cərimə olunan həkimlərə DYP güzəşt etsin - TƏKLİF
Sakura

Şəxsi avtomobili ilə təcili xəstələr üçün tələsən və cərimə olunan həkimlərə DYP güzəşt etsin - TƏKLİF

Təcili xəstələr üçün xüsusən gecə saatlarında öz avtomobili ilə xəstəxanalara tələsən həkimlərimiz, təəssüf ki, sürət həddini aşmağa məcbur olurlar. Bu isə cərimələri qaçılmaz edir. Müzakirələr zamanı təklif edilib ki, Dövlət Yol Polisi bu cür həssas məqamlarda həkimlərimizə güzəşt etməlidir. Məsələnin Milli Məclisin gündəminə çıxarılması təklifi də irəli sürülüb.

Ens.Az-ın məlumatına görə,bununla bağlı Pravda.az-a münasibətini bildirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə deyib ki, bu, fərdi yanaşma tələb edən məsələdir.

Koronavirisun ikinci dalğası payız və qış mövsümündə olacaq” - Deputat Pravda.az

“Bir neçə dəfə belə yanaşma görmüşəm ki, xəstənin yaxın adamı, yaxud tibb işçisi xəstəyə təcili çatmaq üçün öz nəqliyyat vasitəsindən istifadə edəndə DYP müvafiq arayış tələb edib və həmin adamlara müəyyən güzəştlər olunub. Bu, çox müsbət addımdır. Amma məsələnin qanunvericiliyə uyğunlaşdırılmasına gəlincə, burada proses bir qədər fərdi yanaşma tələb edir. Düşünürəm ki, mexanizmi ancaq bu şəkildə ola bilər. Çünki istər radarlar, istərsə də DYP əməkdaşlarının istənilən nəqliyyat vasitəsinin konkret hansı məqsədlə sürət həddini aşmasını bilməsi bir az qeyri-mümkün məsələdir. Konkret fakt varsa, faktı təsdiq edən sənədi təqdim etməklə həkimlərimizə müəyyən güzəştə getmək mümkün olar. Başqa necə mümkündür? Bütün ölkə ərazisini və bu qədər nəqliyyat vasitələrini düşünün. Necə müəyyənləşdirmək olar ki, sürət həddini aşan nəqliyyat vasitəsindəki həkimdir, yaxud xəstə yaxınıdır? İnzibati xətanın araşdırılması üçün müəyyən vaxt olur. Sürücü də dəvət edilir. Həkimlərimiz, yaxud xəstə yaxınları araşdırma müddətində konkret üzrlü səbəbi təsdiq edən müvafiq arayışı təqdim edə, fikirlərini əsaslandıra bilərlər. Başqa heç bir mexanizmlə bunu tənzimləmək mümkün deyil”, - deputat deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR