Slimfit
  1. ELM

Sevimli insanın qoxusu yuxunun keyfiyyətini yüksəldir

Sevimli insanın qoxusu yuxunun keyfiyyətini yüksəldir
Sakura

Sevimli insanın qoxusu yuxunun keyfiyyətini yüksəldir

British Columbia Universiteti 155 nəfərin iştirak etdiyi qeyri-adi bir araşdırma aparıb. Ens.az xəbər verir ki, elmi iş çərçivəsində könüllülərin hər birinə yastıqlarda yastıq üzü kimi istifadə edilməsi tələb olunan iki eyni görünüşlü köynək verilib. Bundan əvvəl, köynəklərdən birini iştirakçının romantik tərəfdaşı geymişdi, ikinci yad insan ya da heç kim tərəfindən geyinilməmişdi.

Ens.az xəbər verir ki, köynəklərin hər biriylə tədqiqatın iştirakçıları iki ardıcıl gecə keçiriblər. Səhərlər isə gecəni nə qədər yaxşı yatdıqlarını söyləyiblər. Yuxunun keyfiyyəti işitakçıların qoluna taxılmış izləyici qolbaq tərəfindən toplanan məlumatlarla araşdırlıb. O, gecələr könüllülərin hərəkət fəaliyyətinin qeydiyyatını aparmışdı. Tədqiqatın sonunda könüllülər hansı köynəyin romantik tərəfdaşına aid olduğunu təxmin etməli olublar.

Elm adamlarını çox təəccübləndirən isə bütün könüllülərin sevdiklərinin köynəyində daha yaxşı yatdıqları olub. İzləyici qolbaq da bunu təsdiqləyib- doğma köynəkdə könüllülər daha az çevrilirdilər və gecələr daha nadir oyanırdılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR