Slimfit
  1. İDMAN

"Sevilya" “İnter”i məğlub etdi, Avropa Liqasının QALİBİ OLDU

"Sevilya" “İnter”i məğlub etdi, Avropa Liqasının QALİBİ OLDU
Sakura

"Sevilya" “İnter”i məğlub etdi, Avropa Liqasının QALİBİ OLDU

Futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşündə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüş “Sevilya” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qolları “Sevilya”nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, “İnter”in isə Romelu Lukaku və Dieqo Qodin vurublar.

Beləliklə, “Sevilya” finalda qalib gələrək tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi olub. Komanda bu günə kimi beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finalda qalibi gəlib.

Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR