Slimfit
  1. İDMAN

“Sevilya” aparıcı oyunçularını Bakıya gətirməyə bilər

“Sevilya” aparıcı oyunçularını Bakıya gətirməyə bilər
Sakura

“Sevilya” aparıcı oyunçularını Bakıya gətirməyə bilər

UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Sevilya” bir neçə aparıcı oyunçusunu Bakıya gətirməyə bilər. “Qafqazinfo” xəbər verir ki, buna səbəb həmin vaxt onları La Liqada çətin oyunların gözləməsidir. 

15 sentyabr – 6 oktyabr tarixində 7 oyun keçirməli olan “Sevilya” bu tarixdə “Real” və “Barselona” ilə də üz-üzə gələcək. 
Baş məşqçi Xulen Lopeteqi bu vəziyyətdən narazıdır. Ehtimal olunur ki, çalışdırıcı aparıcı oyunçuları Bakıya gətirməyəcək. Çünki “Qarabağ”la qarşılaşmadan 3 gün sonra “Real”la üz-üzə gələcək. 

Qeyd edək ki, "Sevilya" yığma komandaların növbəti oyunlarına qədər müvafiq olaraq “Alaves” (15 sentyabr), “Qarabağ” (19 sentyabr), “Real” (22 sentyabr), “Eybar” (26 sentyabr), “Real Sosyedad” (29 sentyabr), APOEL (3 oktyabr) və “Barselona” (6 oktyabr) ilə qarşılaşacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR