Slimfit
  1. MƏDƏNİYYƏT

Sevgi haqqında ən yaxşı 10 film

Sevgi haqqında ən yaxşı 10 film
Sakura

Sevgi haqqında ən yaxşı 10 film

Saytımız vasitəsi ilə sizə vaxtaşırı müxtəlif mövzulardakı ən yaxşı filmlərdən bəhs edirik. Yəqin artıq bu yazıda da filmlərdən bəhs edəcəyimiz aydın oldu. Bu dəfə ən yaxşı 10 sevgi filmini təqdim edirik.

The Notebook (2004) – Bu film mənə görə sevgini təsvir edən ən gözəl filmdir. Filmdə  Allie və Noah-un yaşadığı sevgi macərası əks olunmuşdur. Filmin sujet xətti digərləri ilə müqayisədə daha təsirlidir. Gerçək sevgiyə heç kimin mane ola bilməyəcəyini göstərən film Nicholas Sparksın eyni adlı əsəri əsasında çəkilmişdir.

The Vow (2012) – Yeni evlənmiş bir-birini sevən Paige və Leo bir gecə maşınla evə qayıdarkən yol qəzası keçirirlər. İkisinin də sağ olmasına baxmayaraq, Paige oyandığında Leo böyük bir şok yaşayır. Həyat yoldaşını həkimi sanan Paige ağır yaddaş itkisi keçirir və əvvəlki həyatına dair çox az şey xatırlayır. Leo hər şeyə sıfırdan başlayaraq Paige-in sevgisini yenidən qazanmağa, bütün xatirələrini, birlikdə yaşadıqları anları geri gətirməyə çalışacaq. Gerçək həyat hekayəsi əsasında yazılmışdır.

The Best of Me (2014) – Bu yalnız sevgi hekayəsi deyil, həyatın bütün hisslərini özündə əks etdirən filmdir. Dawson və Amanda məktəb illərində bir-birlərinə vurulan, lakin yolları ayrıldıqdan sonra bir daha görüşməyən iki köhnə sevgilidir. Məktəb illəri bitmiş və aradan 20 il keçmişdir. İndi ən sevdikləri dostlarından birini itirmiş, cənazə mərasimi üçün birlikdə böyüdükləri qəsəbəyə geri dönürlər.

Dear John (2010) – Həqiqi sevgi haqqında çəkilmiş emosianal və təsirli filmlərdən sayılır. Yazıçı Nicholas Sparksın eyni adlı əsərinə uyğunlaşdırılan filmdə John adlı gənc orduya yazılır. Bundan az əvvəl isə o, Savanna adlı universitet tələbəsinə aşiq olar və çox keçmir ki, qızın sevgisini qazanır, amma orduya gedən John sevgilisi ilə yalnız məktublaşmaq vasitəsilə ünsiyyət qurur.

Pride & Prejudice (2005) –  Jane Austen-in eyni adlı romanı əsasında çəkilmiş film 2005-ci ildə Joe Wright-ın rejissorluğu ilə çəkilmişdir. Filmin baş rollarında Keira Knightley və Matthew Macfadyen yer almışdır. Bennet ailəsinin 5 qızının həyatından bəhs edən film həm sevgi, həm də həyat haqqındadır.

If Only (2004) – Macəra, sevgi, dram və həyacan dolu film. Jennifer Love Hewitt və Paul Nicholls-ın baş rollarda çəkildiyi bu filmdə siz həm sevincdən, həm də kədərdən ağlaya bilərsiniz. İngilis iş adamı və onun musiqiçi sevgilisinin başına gələnlər sizə filmə baxarkən zamanı unutduracaq. Bu filmin soundtrack-i elə filmi sevməyə bəs edir.

The Fault in Our Stars (2014) – John Green-in 6-cı romanı əsasında çəkilmiş bu filmin kitabı da ən çox oxunan kitablar siyahısında yer almışdır. Film Hazel Grace və Augustus Waters arasında yaşanan sevgidən bəhs edir. Onları birləşdirən tək sevgi hissləri deyil, həm də xəstəlikləridir. Film insanı həm kədərləndirir, həm də həyat haqqında bir daha düşünməyə vadar edir.

The Longest Ride (2015) – Film öküz döyüşlərində iştirak edən matador Luke və arzusu New-Yorkda təhsil almaq olan Sophia-ın sevgisindən bəhs edir. Bu filmi xüsusilə tövsiyə edirəm. Yalnız bu iki şəxsin deyil, eyni zamanda İra və Ruth-un da eşq hekayəsi sayılan filmi izləməyə dəyər.

Me Before You (2016) – 2016-cı ilin ən romantik filmi saya biləcəyimiz film Jojo Moyes-in eyni adlı əsəri əsasında çəkilmişdir. Louisa Clark-ın 6 il işlədiyi kafedən çıxarılması həyatına yeniliklər gətirəcək. Bu film sizi həm motivasiya edəcək, həm də pərişan. Diqqətlə izləyənlərə çox şey qazandıracaq. Filmin özü ilə yanaşı soundtrack-lərini də sevəcəyinizə əminəm.

 A Walk to Remember (2002) – Daha bir Nicholas Sparksın romanı əsasında çəkilmiş film. Filmin qəhrəmanı Lendon Karter məktəbdə hamıdan fərqliyi ilə seçilən və məşhur bir gəncdir. Təsadüf nəticəsində Ceymi Sallivan adlı utancaq qızla tanış olar. Bundan sonra onların həyatı heç də əvvəlki kimi olmayacaq.

Filmlər haqqında daha geniş yaza bilərdik, ancaq bütün ssenarini yazmayaraq sizi biraz maraqda saxlamaq istədik. Qeyd edilən filmlərə baxdıqdan sonra fikirlərinizi bizə bildirməyi unutmayın. Xoş seyrlər!

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR