Slimfit
  1. MARAQLI

Sevgi bir çox xəstəliklərin sağalmasına kömək edir

Sevgi bir çox xəstəliklərin sağalmasına kömək edir
Sakura

Sevgi bir çox xəstəliklərin sağalmasına kömək edir

Sevgi gözəl bir hissdir. Həyatı daha parlaq, xoşbəxt, daha mənalı edir. Elm adamları, sağlamlığın güclənməsinə də köməkçi olduğunu söyləyirlər. Onlar bir çox zehni və fiziki xəstəliklərin aşiq bir insanın beynində baş verən proseslər sonucu müalicə edildiyini öyrəniblər.

Söhbət, bağlılıq hormonu kimi də adlandırılan oksitosinin ayrılmasından gedir. Bu maddə yaxınlarınızla ünsiyyət və fiziki təmaslar zamanı ayrılır və incə, isti hisslərin artmasına səbəb olur. Oksitosin həm də stresə qarşı ən yaxşı müalicə vasitələrindən biri kimi tanınır.

Onun xüsusiyyətləri haqqında daha çox məlumat əldə etmək üçün avstraliyalı mütəxəssislər gəmiricilər üzərində təcrübə aparıblar. Əvvəlcə heyvanlarda alkoqol asılılığı yaratmış, daha sonra onlara təkibində oksitosin olan dərman veriblər. Gəmiricilərəin alkoqola ehtiyacı azalıb. Elm adamları hər hansı bir asılılıq vəziyyətində belə bir təsirin əldə edilə biləcəyini təklif edirlər.

Heyvanlar üzərində aparılan təcrübələr oksitosinin bədənin bərpa proseslərinin aktivləşməsinə töhfə verdiyini də göstərib. Mütəxəssislər endorfin maddəsinin buraxılmasını stimullaşdırmaqla onun soyuqdəymə xəstəliklərinin öhdəsindən gələ biləcəyini də deyirlər. Habelə hormonal fonun stimullaşdırılması ilə kişilərdə hətta prostatitə qarşı da effektiv ola bilər.

Bir hormonun olmaması həm pis bir ruh halına, həm də ciddi psixoloji problemlərə səbəb ola bilər. Uzun müddət davam edən stress səbəbindən şirniyyatlara artan həvəs çox vaxt piylənməyə səbəb olur. Şirniyyat əvəzinə mütəxəssislər oksitosinin səviyyəsini artırmağa kömək edəcək qidalar yeməyi məsləhət görürlər: avokados, yağlı balıq, tünd şokolad.

Həm də ailə və dostlarınızla mümkün qədər çox vaxt keçirin. Onlarla ünsiyyətin rifahınızı sözün əsl mənasında yaxşılaşdırdığını görəcəksiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR