Dərc edildi: Baxış sayı: 362
Şevçenko Millətlər Liqası və Azərbaycan haqda
“Neftçi”nin sabiq hücumçusu Vitali Şevçenko “Liverpul”un baş məşqçisi Yurgen Kloppun UEFA Millətlər Liqası barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, 1968-1972-ci illərdə Bakı klubunun şərəfini qorumuş veteran futbolçu turnirin Azərbaycan və Ermənistan kimi ölkələrin Avropa çempionatının final mərhələsində iştirakı baxımından vacib olduğunu qeyd edib:
“Mən Kloppun fikirlərinə qarşıyam. Millətlər Liqası kiçik futbol ölkələri üçün yaxşı şansdır və böyük önəm daşıyır. Bu, UEFA tərəfindən futbolun hələ də mükəmməl olmayan ölkələrdə bu idman növünün məşhurlaşması baxımından atdığı addımdır. Millətlər Liqası olmasaydı, Azərbaycan və Ermənistan kimi yığmalar bir saniyəlik belə Avropa çempionatının final mərhələsində iştiraka iddia edə bilərdi? Əlbəttə, yox. Ümumiyyətlə, komandalar nəticəyə oynayırlar. Bunun nəyi pisdir ki?”.
Qeyd edək ki, Klopp bir müddət öncə Britaniya mətbuatına açıqlamasında Millətlər Liqasını mənasız turnir adlandırmışdı.
Qeyd edək ki, Klopp bir müddət öncə Britaniya mətbuatına açıqlamasında Millətlər Liqasını mənasız turnir adlandırmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət