Slimfit
  1. MƏDƏNİYYƏT

Seulda Azərbaycan xalçalarının sərgisi açılıb

Seulda Azərbaycan xalçalarının sərgisi açılıb
Sakura

Seulda Azərbaycan xalçalarının sərgisi açılıb

 Azərbaycanın Cənubi Koreyadakı səfirliyi Seulda Koreya Fondu Qalereyasında Azərbaycan xalçalarının sərgisini təşkil edib.

Bu barədə "Report" "Korea Herald"a istinadən məlumat verir.

"Bu gün tarixi əhəmiyyətli hadisəyə şahid oluruq. İnanıram ki, bu, Azərbaycan ilə Koreya arasında mədəni əlaqələrin inkişafında mühüm mərhələ olacaq", - Azərbaycan səfiri Rəmzi Teymurov sərginin açılışında bildirib.

O, Azərbaycan xalçalarının bu gün Ağ evdə və ABŞ Dövlət Departamentində mövcud olduğunu, eləcə də dünyanın bir çox muzeylərində, o cümlədən Parisdəki Luvr Muzeyində, Nyu-Yorkdakı Metropoliten Muzeyində, Boston İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitaj Muzeyində saxlandığını vurğulayıb.

Dekabrın 19-dək davam edəcək "Xalçalar - Azərbaycanın inciləri" sərgisi Azərbaycan Demokratik Respublikasının (ADR) müstəqilliyinin elan olunmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində keçirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR