Dərc edildi: Baxış sayı: 591
Səudiyyənin zavodlarının vurulması bu ölkəyə də təsir etdi
Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumdan sonra birjalarda xam neftin qiymətinin yüksəlməsi Çində yanacağın pərakəndə satış qiymətinin bahalaşmasına səbəb olub.
Axar.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti 125 yuan (18 ABŞ dolları) artırılıb. Komissiya ölkənin iri neft şirkətlərindən yanacağın satış qiymətlərinin yeni qərara uyğunlaşdırılmasını xahiş edib.
Qeyd edək ki, Çin dünyada ən böyük xam neft alıcılarından biridir. Ötən ay Çinin xam neft idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 42,17 milyon tona çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət