Dərc edildi: Baxış sayı: 608
Yeni mobil proqram sərhəddən keçərkən qızların qohumlarına sms göndərəcək
Səudiyyəli qızlara, qohumlarının əlindən Tailanda qaçan və Kanadada sığınacaq alan Rahaf Məhəmməd əl-Kununun hərəkətini təkrarlamaq çətin olacaq.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə hökuməti ərlərə, atalara və qardaşlara uyğun olaraq - arvadlarını, qızlarını və bacılarını izləmək və onların xaricə qaçmasının qarşısını almaq üçün Abşer mobil proqramını hazırlayıb.
Sərhədçilər qadının pasportunu buraxılış məntəqəsində yoxlamadan keçirərkən, ailənin kişi üzvləri avtomatik olaraq "onların qəyyumluğunda yaşayan” şəxsin sərhəddən keçməsi barədə SMS alır. Bundan sonra, mobil telefon vasitəsilə, onlar hakimiyyət səlahiyyətlilərinə qadının ölkədən çıxmasına icazə vermədiklərini xəbər verə bilərlər. Bu proqram AppStore və Google Play-dan köçürülə bilər.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət