Dərc edildi: Baxış sayı: 479
Səudiyyə koronavirusa görə G-20-ni təcili toplayır
Səudiyyə Ərəbistanı koronavirusla əlaqədar G-20-nin növbədənkənar sammitini çağırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, buna İspaniya Baş naziri Pedro Sançeslə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında baş tutan telefon danışığı zamanı qərar verilib.
Sançes telefon danışığı zamanı G-20-yə hazırda sədrlik edən Səudiyyədən təcili iclas çağırmasını istəyib, Məhəmməd Bin Salman isə bu ideyanı dəstəkləyib. İclasın virtual formada olacağı, onun gündəliyinə koronavirusla əlaqədar yaranan situasiya ilə bağlı yeni yol xəritəsinin hazırlanmasının daxil ediləcəyi bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət