Dərc edildi: Baxış sayı: 954
Səudiyyə Ərəbistanında stadiona ilk dəfə qadın buraxılıb
Səudiyyə Ərəbistanında ilk dəfə stadiona qadın ayağı dəyib. Goal.az xəbər verir ki, qadınlar dövlətin qurulmasının ildönümü münasibətilə təşkil olunan tədbir çərçivəsində Ər-Riyadda yerləşən Kral Fəhd adına stadiona buraxılıb.
"Ümid edirik ki, gələcəkdə stadionlara manəsiz gələ biləcəyik. Uzun illər qadınlara kişilərlə bərabər hüquqların verilməsini gözləyirəm" - tədbir iştirakçısı Umm Abdurrahman deyib.
Səudiyyə Ərəbistanında şəriət qaydalarına ciddi əməl olunur. Bu ölkədə qadınlarla kişilərin eyni məkanda birlikdə olması qadağandır.
Mənbə: Goal.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət