Dərc edildi: Baxış sayı: 503
Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib
Səudiyyə Ərəbistanında qadınlara xüsusi ailə taksilərini idarə etməyə icazə verilib.
AZƏRTAC “Saudi Gazette” nəşrinə istinadla xəbər verir ki, Dövlət Nəqliyyat Agentliyinın bəyanatına əsasən, sürücü-qadınlar yalnız aralarında yetkinlik yaşına çatan azı bir qadının olduğu müştəriləri avtomobilə götürə bilər. Həmçinin kişi müştəriləri ön oturacaqda oturtmaq qadağan edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının tarixində bu il ilk dəfə olaraq qadınlara avtomobil sürməyə icazə verilib. Bu addım vəliəhd şahzadə Məhəmməd bin Salman Əl-Səudun miqyaslı sosial-iqtisadi dəyişikliklərinin bir hissəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət