Dərc edildi: Baxış sayı: 445
Səudiyyə Ərəbistanı yeni ittifaq yaratdı
Qırmızı dəniz və Ədən körfəzi hövzəsindəki 7 ölkə - Səduiyyə Ərəbistanı, Misir, İordaniya, Cibuti, Somali, Sudan və Yəmən birlikdə “Regional İttifaq” yaradıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda keçirilən “Qırmızı dəniz və Afrika buynuzu Ölkələri Xarici İşlər Nazirləri Toplantısı”nda razılaşma əldə edilib.
S.Ərəbistanı Xarici İşlər Nazirliyindən bildirilib ki, ittifaqın hədəfinin beynəlxalq ticarəti və Qırmızı dənizdəki beynəlxalq dəniz nəqliyyatını qorumaq olduğunu bildirib.
Qeyd edilib ki, bu ittifaq iqtisadi və ətraf mühitin təhlükəsizliyi sahələrində də əməkdaşlıq həyata keçirə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət