Dərc edildi: Baxış sayı: 512
Səudiyyə Ərəbistanı naziri: "Azərbaycan OPEC+ razılaşmasının ən fəal üzvlərindəndir"
"Azərbaycan OPEC+ razılaşması əldə olunandan ən fəal üzvlərdəndir".
"Report"xəbər verir ki, bunu Bakıda Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl-Falihi bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal bazarın sabitliyi üçün yaradılan OPEC+ çərçivəsində öz tərəfindən işlər görüb.
Nazir, Bakıda Müştərək Texniki Komissiyanın (JTC) 27-ci iclası, həmçinin OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının yüksək təşkilinə görə təşəkkür edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət