Slimfit
  1. İDMAN

Səudiyyə Ərəbistanı Gimnastika Federasiyasının rəsmisi: Azərbaycan Gimnastika Federasiyası dünyada ən güclü federasiyalardan biridir

Səudiyyə Ərəbistanı Gimnastika Federasiyasının rəsmisi: Azərbaycan Gimnastika Federasiyası dünyada ən güclü federasiyalardan biridir
Sakura

Səudiyyə Ərəbistanı Gimnastika Federasiyasının rəsmisi: Azərbaycan Gimnastika Federasiyası dünyada ən…

Azərbaycan Gimnastika Federasiyası dünyada ən güclü federasiyalardan biridir.

Bu barədə Səudiyyə Ərəbistanının Gimnastika Federasiyasının idarəedici direktoru Rakan Abdulla Əl-Fehayd Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Əl-Fehayd qeyd edib: "Konqresdə kvalifikasiya sistemləri, hakim kursları və gimnastikanın gələcəyi üçün digər mühüm məsələlər müzakirə olunur".

Səudiyyə Ərəbistanının Gimnastika Federasiyasının idarəedici direktoru əlavə edib ki, parkurun (maneələrin dəf edilməsi) 2021-ci ildə gimnastika növlərinin siyahısına daxil edilməsi planlaşdırılır.

İdarəedici direktor Bakıda son illər ərzində keçirilən idman yarışlarını xüsusi vurğulayıb: "Biz Bakıda əvvəl də olmuşuq, 2018-ci ilin mart ayında idman gimnastikası üzrə Dünya Kubokunda. Azərbaycan Gimnastika Federasiyası möhtəşəm yarış təşkil etmişdi. Həmçinin 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunları da keçirilib. Əminəm ki, Azərbaycan böyük uğurla daha çox tədbirləri keçirə bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR