Slimfit
  1. AZƏRBAYCAN

Səsvermə başa çatdı: səslərin sayılması başladı

Səsvermə başa çatdı: səslərin sayılması başladı
Sakura

Səsvermə başa çatdı: səslərin sayılması başladı

Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə mərhələsi başa çatıb.

Axar.az xəbər verir ki, seçkilər 125 seçki dairəsi üzrə ümumilikdə 5573 seçki məntəqəsində keçirilib.

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.

Səsvermə günü 5 milyon 329 min 460 seçicinin məntəqələrə gələrək bu hüququndan istifadə etmək imkanı olub. Seçicilərin səsvermə hüququnu reallaşdırması üçün 5 milyon 387 min 600 ədəd bülleten çap edilib.

Parlament seçkilərini izləmək üçün 77 790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Seçki məntəqələri saat 19:00-da axırıncı seçici məntəqəni tərk etdikdən sonra bağlı elan olunub. Bundan sonra səslərin sayılması prosesi başlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR