Slimfit
  1. MARAQLI

Səsimiz özümüzə niyə qəribə gəlir?

Səsimiz özümüzə niyə qəribə gəlir?
Sakura

Səsimiz özümüzə niyə qəribə gəlir?

Yəqin ki, yer üzündə öz səsini eşidəndə bəyənən çox az sayda insan var.

Səs tonumuz nə qədər təsirli olsa da, səsimizi səs gücləndiricilər vasitəsilə eşitsək, o səsin bizə aid olmadığını düşünərik. Bu qəribə paradoks səsimizdə problemin olmasına işarə deyil. Əksinə, bunun olduqca məntiqli səbəbi var.

Səsləri qulağımızın qəbul etdiyi titrəmələr sayəsində eşidə bilirik. Bu titrəmələr ilk olaraq, orta qulaqdakı üç sümüyə, daha sonra isə bunu sinir siqnallarına çevirən ilbiz formasında koklea adlı orqana göndərir. Avtomobil siqnalları, radio dalğaları kimi səslər havadan keçən səs dalğaları vasitəsilə ilk olaraq qulaq kanallarımıza, sonra isə daxili qulağımıza və kokleaya gəlib çatır. Səsimiz səs gücləndirici vasitəsilə geri qayıdanda əslində eşitdiyimiz şey hava dalğaları vasitəsilə yaranan titrəmələrdir.

Səsimiz səs tellərimiz vasitəsilə çıxırsa, bu halda vəziyyət bir qədər fərqli olur. Danışarkən eşitdiyimiz səsimiz xarici səslərlə eyni qəbul olunur. Danışdığımız zaman öz səsimizi eşidəndə çənə sümüyümüzün və kəlləmizin titrəmələrini də hiss edirik. Bu, sümüklərdə titrəmə nəticəsində eşitdiyimiz səsin keyfiyyəti dəyişir.

Sümüklərdə baş verən titrəmələrin ötürülməsi daha az tezlikdə olan titrəmələri də ortaya çıxarır. Bu da səsimizi daha yaxşı, az xışıltılı eşitməyimizə səbəb olur.

Əslində bir çoxumuz səsimizi kənardan çox eşitmirik deyə bu hal bizə qəribə gəlir. Qulaqlarınızı kip formada barmaqlarınızda bağlasanız, bu prosesi daha dəqiq müşahidə edə bilərsiniz. Həmin vaxt sümüklərdə baş verən titrəmələri eşidə bilərsiniz və hava yolu ilə gələn titrəmələrin qarşısını ala bilərsiz.

Beləliklə, səsinizin daha dərin olduğunu hiss edəcəksiniz. Nə qədər qəribə olsa da, dünya əhalisinin 7.6 milyardı səsini bu cür eşidir.

 

Mənbə: Publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR