Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Səs dalğaları xərçəngin diaqnostikasına kömək edə bilər

Səs dalğaları xərçəngin diaqnostikasına kömək edə bilər
Sakura

Səs dalğaları xərçəngin diaqnostikasına kömək edə bilər

Perdyu Universitetinin alimləri xərçəngin inkişafının qiymətləndirilməsi üçün yeni sistem işləyib hazırlayıblar.

Universitetin rəsmi saytında yerləşdirilən məlumata əsasən, düzəldilmiş qurğu hüceyrəxarici matriksin bərkliyini səs dalğalarının köməkliyi ilə müəyyən edir. Bu xarakteristika vasitəsilə xərçəngin araşdırılan toxumada yayılıb-yayılmadığını anlamaq olar.

Hüceyrəxarici matriks mexaniki dəstəyi, kimyəvi maddələrin nəqlini, həmçinin hüceyrələrin kimyəvi birləşmələr vasitəsilə əlaqəsini təmin edən birləşdirici toxumanın əsasını təşkil edir.

Bu qurğuya hüceyrəxarici matriks və onun ayrı-ayrı hüceyrələri yerləşdirilir. Daha sonra ultrasəs dalğası buraxılır ki, o da material vasitəsilə yayılır və qəbuledicini aktivləşdirir. İlkin məlumatlara əsasən, sistem hüceyrəxarici matriksdə onkomarkerləri olduqca dəqiq müəyyən edir və hətta iki gün fasiləsiz işlədikdən sonra da stabilliyini saxlayır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR