Slimfit
  1. BİOQRAFİYA

Sərxan İbrahimov

Sərxan İbrahimov
Sakura

Sərxan İbrahimov - Azərbaycan pedaqoqu, jurnalist.

İbrahimov Sərxan Şərəfxan oğlu — Azərbaycan pedaqoqu, jurnalist.

Sərxan İbrahimov 1896-cı ildə Cəbrayıl qəzasının Manaflar kəndində (Saracıq kəndinə birləşib) anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra bir sinifli Qaryagin (Füzuli) şəhər məktəbində, 1907-1910-cu illərdə Şuşa real məktəbində, 1910-1912-ci illərdə Yelizavetpol (Gəncə) quberniyasındakı müəllimlik kursunda oxumuşdu. Bu kursu tamamlayandan sonra bir müddət Cəbrayıl qəzasının Daşkəsən kəndində müəllim işləmişdi. Sovet dönəmində 1927-ci ilə kimi Cəbrayıl RİK-də, rayon partiya komitəsində əvvəlcə ümumi şöbə müdiri, təlimatçı, sonralar isə taxıl və pambıq tədarükü işində, 1927-1930-cu illərdə isə Sərdar (indiki Fuzuli) rayonunda partiya işində, torpaq şöbəsində çalışmışdır. 1933-1934-cü illərdə Qaryagin MTS-nin direktoru, Zaqafqaziyada Federasiya Teleqraf Agentiliyinin Azərbaycan üzrə xüsusi müxbiri, Zəngilanda, Jdanovda (Beyləqanda), Cəbrayılda torpaq şöbəsinin müdiri, 1935-1936-cı illərdə Tovuz RİK-nin sədri, sonralar 1946-1947-ci illərdə SSRİ Nazirliyinin Xalq Tədarüklər Komissarlığının Azərbaycan SSR üzrə müvəkkili işləmişdir.

1937-ci ilin repressiya kampaniyası çərçivəsində bədxahları ona qarşı hücuma keçmiş, hətta "Bakinsiy raboçiy" qəzetində Makürinin imzası ilə ona xalq düşməni damğası vurulmuşdu. O 27 mart 1938-ci ildə "Bakinskiy raboçiy" qəzetində haqqında getmiş böhtan məqalənin müəllifini, qəzetin redaktorunu məhz qəzet vasitəsi ilə üzr istəməyə məcbur etmişdir.

Bir çox orden və medallarla təltif edilmiş Sərxan İbrahimov Füzuli və Jdanov (Beyləqan) rayonlarında RİK sədri çalışmışdı.

1947-ci ildə iyun ayının 21-də vəfat etmişdir.

Sərxan İbrahimov Dürrü Salman qızı ilə evli idi. Eldar, Üzeyir adlı oğulları, Tamella adlı qızı var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR