Dərc edildi: Baxış sayı: 355
Şərurda 14 min tona qədər kartof istehsal edilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda uzun illərin təcrübəsi nəzərə alınaraq kartofçuluğun inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Məhz bu addımdan sonra intensiv şəkildə muxtar respublikanın rayonlarında sahibkarlar bu sahə ilə də məşğul olurlar. Bu istiqamətdə daha yaxşı təcrübəsi olan Şərurlu fermerlər bu il 1000 hektardan artıq sahədə kartof əkiblər. Tarlalar vaxtlı-vaxtında və yüksək aqrotexniki səviyyədə becərildiyindən yaxşı məhsul yetişdirilib. Kartof yığımı başa çatmaq üzrədir və sahələrdən bu günə qədər 14 min tona qədər məhsul əldə edilib.
Torpaq mülkiyyətçiləri tələbatlarından artıq olan məhsulun bir hissəsini bazara çıxarıb, qalanını isə qış aylarında satmaq məqsədilə soyuducu anbarlara təhvil veriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət