Slimfit
  1. CƏMİYYƏT

Sərt karantin rejimində Təcili yardım necə işləyir?

Sərt karantin rejimində Təcili yardım necə işləyir?
Sakura

Sərt karantin rejimində Təcili yardım necə işləyir?

Bu gün artıq sərtləşdirilmiş xüsusi karantin rejiminin ikinci günüdür.

Bu günlərdə gücləndirilmiş iş rejimində çalışan qurumlardan biri də 103 təcili tibbi yardım xidmətidir. Çağırışların gecikmədən, ünvana vaxtında çatması üçün çağrı mərkəzi həm əməkdaş, həm də texnika baxımından tam təmin olunub.

Ötən həftədən etibarən daxil olan zənglərin 70 faizindən çoxu isə real koronavirus daşıyıcıları ilə bağlıdır. Təcili Tibbi Yardımın baş həkim köməkçisi Nuridə Fərzəliyeva deyir ki, bu günlərdə müraciətlərin sayı xeyli artıb:

“Dünəndən bu günə 2500-dən çox zəng daxil olub. Hazırda xətdə 171 briqada ilə xidmət göstəririk. 171 sanitar avtomobil var və hər bir avtomobil tibb heyəti ilə təmin olunub”.

Bakı şəhəri üzrə 21 tibbi bölmə var ki, hər bir bölmədə də xüsusi geyimli əməkdaşlar yerləşdirilib. Yüksək hərarətlə bağlı çağırışlar daxil olduqda çağırışı da məhz bu əməkdaşlar yerinə yetirirlər. Elə çəkiliş apardığımız zamanda bu görünməyən qəhrəmanlar koronavirusla bağlı çağırışı yerinə yetirirdilər. 40 dərəcə hava və üzərlərində hava keçirməyən bu geyimi daşıyan həkimlər. Deyirlər, artıq yorulmuşuq...

Həkim Vüsalə Muxtarova çağırışa yollanmamışdan iş planları haqqında məlumat verir:

“İndi getdiyimiz xəstədə COVID-19 aşkarlanıb. Vəziyyətə baxacağıq, əgər ağır vəziyyətdə olsa, xəstəxanaya aparılacaq. Artıq xəstələrin sayı çox olduğundan bu xəstəliyi yüngül keçirilənlər müalicəni evdə alır“.

Ətraflı süjeti təqdim edirik:

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR