Slimfit
  1. CƏMİYYƏT

"Sərt karantin rejimi uzadılmasın"- Razi Nurullayev

"Sərt karantin rejimi uzadılmasın"- Razi Nurullayev
Sakura

"Sərt karantin rejimi uzadılmasın"- Razi Nurullayev

Azərbaycanda 14 şəhər və rayonda avqustun 5-nə kimi sərt karantin rejimi tədbiq edilməkdədir. Sosial şəbəkədə sərt karantin rejiminin avqustun 20-nə kimi uzadılacağı ilə bağlı iddialar səsləndirilir. Sərt karantin rejimi daha 2 həftə uzadıla bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Razi Nurullayev bildirib ki, avqustun 5-dən sonra karantin rejimin uzadılmasını doğru hesab etmirəm:

"Çünki 5 aydan çoxdur ki, davam edən karantin rejimi insanların psixologiyasına mənfi təsir edir. Azərbaycandan da pis vəziyyətdə olan ölkələr var. Onlar karantin rejimini və qoyulan məhdudiyyətləri xeyli yumşaldılıbdır. Onlar virusla yaşamağı öyrəniblər. Sərt karantin rejimində yaşamaq həm insanlarımıza həm də iqtisadiyyatımıza mənfi təsir edir. Sosial durum da ağırlaşır. Mən karantin rejiminin tamamilə aradan qaldırılmasının lehinəyəm. Düşünürəm ki, hökumət sağlam qərar qəbul edərək avqustun 5-dən sonra karantin rejimini tamamilə yumşaldacaq. İnsanlarımız rahat nəfəs alacaq. Yay fəslidir, insanlarımız təmiz hava qəbul etməli və dənizə getməlidirlər. Əlbəttə sosial məsafə qorumaq və qoruyucu tibbi maskadan istifadə mütləqdir. Sərt karantin rejimi uzadılmasın. Qoyulan qaydalara əməl edilməsinə nəzarət gücləndirilsin. Qaydalara əməl etməyənlər sərt cəzalandırılsın. Amma insanların sərbəst hərəkəti təmin olunsun. Hazırda yaranan psixoloji problemlər sonra ölkə üçün ciddi problemlərə gətirib çıxara bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR