Slimfit
  1. CƏMİYYƏT

Sərt karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə vəziyyət necədir?

Sərt karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə vəziyyət necədir?
Sakura

Sərt karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə vəziyyət necədir?

Dünəndən – iyunun 14-dən Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə sərt karantin rejimininin tətbiqinə başlanılıb.

Belə ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. 

Bəs həmin şəhər və rayonlarda vəziyyət necədir?

Ens.az xəbər verir ki, “Report”un əməkdaşı bir neçə deputatla əlaqə saxlayıb və onlardan təmsil etdikləri şəhər və rayondakı vəziyyəti öyrənib.

Naqif Həmzəyev

Milli Məclisə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputat seçilən Naqif Həmzəyev deyib ki, artıq 2 gündür Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi tətbiq edilir: “Keçən həftə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi ilə müqayisədə indi şəhər sakinləri daha az qanun pozuntusuna yol verirlər. Qaydaları pozanlar isə polis tərəfindən cərimələnir”.

Deputat bildirib ki, sərtləşdirilmiş karantin rejimi çərçivəsində şəhərdə genişmiqyaslı dezinfeksiya işləri də aparılır: “Gəncənin hər bir küçəsi və parkları xüsusi kimyəvi maddələrlə yuyulur. Şəhərin mərkəzində, qəsəbələrdə, insanların sıx yaşadığı ərazilərdə polis tərəfindən postlar qurulub. Xüsusi polis avtomobilləri səsgücləndirici vasitəsilə vətəndaşları evlərində qalmağa və sərtləşdirilmiş karantin rejiminin tələbələrinə əməl etməyə çağırır. Ümumilikdə şəhər ərazisində insanlar tələb olunan qaydalara əməl edirlər. Hələ ki, ciddi qanun pozuntularının şahidi olmamışıq. Düşünürəm ki, vətəndaşlarımızın evdə qalması koronavirusa yoluxma hallarının sayının azalmasına kömək göstərəcək”.

Müşfiq Məmmədli

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilən Müşfiq Məmmədli bildirib ki, təmsil etdiyi Sumqayıt şəhərində sərtləşdirilmiş karantin rejiminin tələbələrinə əməl olunur: “Şəhərin səhiyyə təşkilatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Müraciət edən insanların müalicəsi istiqamətində bütün addımlar atılır”.

Deputat həmçinin vurğulayıb ki, iyunun 14-ü və 15-i şəhər ərazisində dezinfeksiya işləri görülüb.

Tahir Kərimli

Parlamentin 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən deputatı Tahir Kərimli iyunun 13-ü axşamdan təmsil etdiyi İsmayıllı rayonunda olduğunu bildirib: “Müşahidələrim və aldığım məlumat əsasında deyə bilərəm ki, İsmayıllı rayonu ərazisində əhalinin mütləq əksəriyyəti sərtləşdirilmiş karantin rejiminin tələbələrinə əməl edirlər. Rayon İcra Hakimiyyəti və yerli polis orqanları tərəfindən karantin rejiminə əməl olunması üçün müəyyən tədbirlər həyata keçirilib. Rayonun mərkəzi küçələrində, məhəllələrdə səsgücləndirici vasitəsilə müvafiq çağırışlar edilir. Burada hər şey yaxşıdır. Hesab edirəm ki, bu, xalqımız üçün çox faydalıdır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR