Sərt karantin günlərində dializ almaq istəyənlər 108-ə zəng vurmalıdır
Dünəndən etibarən sərt karantin günlərində fəaliyyət üçün 210 minə yaxın şəxs icazə alıb.
Ens.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, sərt karantin günlərində dializə getmək üçün 108 Çağrı Mərkəzinə müraciət edilməlidir. Onları könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq:
"972 nəfərlik dializ alan şəxslərin siyahısı hazırlanıb. Hər biri ilə danışılıb. Onlardan hansıların nəqliyyat vasitəsi varsa, özləri gedəcək, digərlərini isə ASAN-ın könüllüləri dializə aparacaq və evlərinə geri qaytaracaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət