Slimfit
  1. CƏMİYYƏT

Sərt karantin günlərində Bakıda məşhur restoranda qonaqlıq baha başa gəldi

Sərt karantin günlərində Bakıda məşhur restoranda qonaqlıq baha başa gəldi
Sakura

Sərt karantin günlərində Bakıda məşhur restoranda qonaqlıq baha başa gəldi

Bakıda karantin rejimini pozan daha bir restoran aşkarlanıb.

Ens.az Real tv-ə istinadən xəbər verir ki,Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumatı yoxlamaq üçün getdikləri “Kaktus” restoranında qonaqlıqla qarşılaşıblar.

Məlum olub ki, restoranın sahibi Cavad Cavadov karantin qadağalarına məhəl qoymadan yeyib-içən dostlarını yanına dəvət edib. Əvvəlcə çay qonaqlığı ilə başlayan məclisə yenicə yeməklər gəlirmiş ki, polis əməkdaşları qonaqlığı yarımçıq qoyublar.

Restoran sahibi bir müddət dostlarından ayrı qala bilər. Çünki onun barəsində materiallar inzibati cəza təyin edilməsi üçün məhkəməyə göndərilib və onun əməli inzibati həbslə də cəzalandırıla bilər.

Məclis iştirakçıları barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onların hər biri 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-dən elan olunmuş ciddi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən, restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmalıdır.

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR