Slimfit
  1. GÜNDƏM

Şərqi Almaniyada koronavirus niyə az yayıldı? - Şok səbəb

Şərqi Almaniyada koronavirus niyə az yayıldı? - Şok səbəb
Sakura

Şərqi Almaniyada koronavirus niyə az yayıldı? - Şok səbəb

Almaniya birləşəndən 30 il sonra keçmiş Almaniya Sosialist Respublikası ilə Qərbi Almaniya arasında təzadların qalması aksiomu əvvəlkitək heç kimi təəccübləndirmir. Təkcə almanlar deyil, bütün dünya artıq bu fikrə alışıb. Lakin əgər əvvəllər yalnız iqtisadi fərqlərdən danışılırdısa, hazırda vahid olan Almaniyanın iki hissəsi arasında inanılmaz təzad indi hətta COVID-19 pandemiyası kontekstində təzahür edir. Bəzən elə hiss yaranır ki, Şərqi və Qərbi Almaniya arasındakı "dəmir pərdə" əsla aradan qalxmayıb.

Gəlin koronavirusun yayılması xəritəsinə biz də nəzər salaq. İki regionun əhalisi arasında fərq altı dəfə, yoluxanların sayında isə 12 dəfə təşkil edir! Şərqdə yaşayanlarda təqribən 8,5 min yoluxma qeydə alındığı halda, Qərbi Almaniyada bu rəqəm 105 min nəfərə çatıb. Məsələn, ən az zərərçəkmiş Meklenburq-Ön Pomeraniya əyalətində qeydə alınıb. Meklenburq-Ön Pomeraniyanın ərazisi təqribən Şimali Reyn-Vestfaliya boydadır. Amma Şimali Reyn-Vestfaliya sakinlərinin sayı 10 dəfə azdır, bununla belə, ölkənin ən təhlükəli koronavirus ocağı hesab edilir. Bəs keçmiş ADR-də xəstələrin sayının az olmasının səbəbi nədir?

Belə bir fikir var ki, burada Qərb əyalətlərinin iqtisadi inkişaf səviyyəsi mühüm rol oynayıb. Şərqdə əhalinin çevikliyi aşağıdır, halbuki Qərb iqtisadi baxımdan daha inamlıdır, insanlar da daha fəal yerdəyişmə edirlər.

Qərbdə nəqliyyat infrastrukturu daha şaxəlidir, dəmir yolları və avtobanlar şəbəkəsi genişmiqyaslıdır. Təkcə Frankfurt aeroportunun inanılmaz miqyası nəyə desən dəyər. Təbii ki, yanvarda tək bir xəstənin orada gəzişməsi kifayət idi ki, 14 gün sonra həmin ərazidə COVID-19 ocağı yaransın.

Bundan əlavə, göründüyü kimi, BSJ vaksinasiyasının aparılmadığı ölkələr hamıdan çox zərər çəkib. Keçmiş sosialist ölkədə - Almaniya Demokratik Respublikasında bu vaksinasiya yalnız iki Almaniya birləşəndən sonra ləğv edilib.

Elə isə bu peyvənd təkcə vərəm üçün deyil, "korona" üçün də immuniteti təmin edə bilərmi?

Bu fərziyyə mütəxəssislər arasında müzakirə və diskussiya obyektinə çevrilib.

İstənilən halda təzadın səbəbi tibb xidmətinin və testləşmənin səviyyəsində deyil. İstər Şərqdə, istərsə də Qərbdə tibb yaxşı vəziyyətdədir. Belə çıxır ki, sosializm illərində BSJ vaksinasiyası və Şərq əyalətlərində yerdəyişmə fəallığının nisbətən aşağı olması həmin bölgədə pandemiyanın yavaş sürətlə yayılmasında əsas rol oynayıb.

Mənbə: teleqraf.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR